Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillərə reabilitasiya vasitələri evlərində verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli  karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.

Bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt  şəhərləri və Abşeron rayonu üzrə 284 nəfər əlilliyi olan şəxsə 543 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və digər əsas və köməkçi reabilitasiya vasitələri ilə təmin olunub. Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.

Xatırladaq ki, Bakı, Sumqayıt, Xırdalan  şəhərləri, o cümlədən Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslər 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 nömrələrinə zəng etməklə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə bağlı  müraciət edə bilərlər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə