Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu”nun rəsmi internet səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilib

“Azərsu”nun rəsmi internet səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi – www.azersu.az saytı yeni dizaynda və təkmilləşdirilmiş formada istifadəçilərin ixtiyarına verilib. Saytın təkmilləşdirilməsi “Azərsu” ASC-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirdiyi addımlardan biridir.
Azərbaycan və ingilis dillərində hazırlanmış saytın strukturu təkmilləşdirilərək ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi önəm verilib.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, internet səhifəsində qurumun fəaliyyəti, strukturu, su təchizatı və kanalizasiya sektorunun tarixi, həyata keçirilən yeni layihələr, suyun keyfiyyəti, tullantı sularının idarə olunması, su təchizatı sahəsində qanunvericilik, abonentlərlə işin təşkili və s. mövzular barədə ətraflı məlumatlar yer alıb.  Saytın interaktiv xəritəsində “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi yaşayış məntəqələri barədə dolğun məlumatlar öz əksini tapıb.
Müasir dövrün tələblərinə uyğun olaraq saytın hazırlanması zamanı yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. İstifadəçilər “Azərsu” ASC-nin elektron xidmətlər portalında yerləşdirilmiş bütün elektron xidmətlərindən onlayn rejimdə istifadə edə bilər. Yeni saytda elektron xidmətlərə birbaşa keçidin təmin olunması həmin xidmətlərdən operativ istifadə etməyə imkan yaradır.
İlk dəfə olaraq Dövlət Xidmətləri Portalı yeni sayta inteqrasiya edilib və istehlakçılar bu xidmətlərdən də yararlana  bilərlər. 
www.azersu.az  saytını mobil qurğularda  (ios, android) tətbiq etmək üçün müvafiq proqramlar işlənilib və istifadəçilərin ixtiyarına verilib. Saytda sosial şəbəkələrə keçid imkanları da təmin edilib.
Yeni formalaşdırılmış foto və videoqalereya bölmələri səhmdar cəmiyyətin fəaliyyətinə dair geniş məlumat bazası ilə zənginləşdirilib.
Hazırda saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

AZƏRTAC

1 Oktyabr 2018 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə