Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rüstəm XƏLİLOV: Azərbaycanın uğurlu xarici siyasəti bütün çətinlikləri arxada qoyur

Rüstəm XƏLİLOV: Azərbaycanın uğurlu xarici siyasəti bütün çətinlikləri arxada qoyur

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəni  regionda həyata keçirilən bütün infrastruktur layhələrdən kənarda qoyması, ölkəni aclıq və fəlakətə sürükləməsi yerli əhalidə ciddi narazılıq yaratmışdı. Nikol Paşinyan baş nazir seçiləndə erməni xalqı ona böyük ümid bəsləyirdi.  Əhali düşünürdü ki, yeni iqtidar heç bir mənası olmayan müharibəyə son qoyacaq, münaqişənin dinc yolla nizamlanması istiqamətində bütün imkanlardan istifadə edəcək. 
N.Paşinyanın ilk vaxtlar  ölkəsinin  işğalçı xislətini və münaqişəni dinc yolla həll etmək fikrinin olmadığını nümayiş etdirməsi həm beynəlxalq təşkilatlarda, həm də yerli əhalidə ciddi narazılıq yaratması onu siyasi mövqeyinin dəyişməsi, münaqişənin nizamlanmasında beynəlxalq hüquq norma və prinsipləri ilə  razılaşmaq məcburiyyətində qoydu. Digər tərəfdən, dövlətimizin düzgün və məntiqli xarici siyasəti də  öz təsirini göstərdi.  Artıq Ermənistanın baş naziri  əvvəlki fikrindən daşınmaq üzrədir.
Milli Məclisin deputatı Rüstəm Xəlilov Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin nizamlanmasında  danışıqlar prosesinə üstünlük verməsinə münasibət bildirərkən dedi ki, dövlət başçılarının Düşənbədə görüşündən sonra vəziyyət dəyişib: “Fikir verin, əvvəllər Paşinyan iddia  edirdi ki, danışıqlar Azərbaycan və qondarma  “Dağlıq Qarabağ Respublikası” arasında aparılmalıdır. Amma indi isə tamam başqa mövqedən çıxış edir. Danışıqların Azərbaycanla Ermənistan arasında  aparılmalı  olduğunu bildirir. Bununla da danışıqlar prosesinə sadiqliyini nümayiş etdirir.  Baş nazir bu mövqeyi ilə Ermənistan tərəfindən əvvəlki danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoydu”.
R.Xəlilov dedi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. 

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

1 Oktyabr 2018 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə