Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çexiya və Latviya da Azərbaycanla bacarmadı

Çexiya və Latviya da Azərbaycanla bacarmadı

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bir günlük istirahətdən sonra Azərbaycan komandaları 6-cı turda növbəti qələbələrini qazanmışlar.
Kişi komandalarının turnirində qrossmeysterlərimiz çexiyalı rəqiblərini məğlubiyyətə uğratmışlar – 3:1. Bu matçda Şəhriyar Məmmədyarov və Arkadi Naydiç müvafiq surətdə birinci və üçüncü taxtalarda David Navara və Zbinev Xraçekə qalib gəlmişlər, Teymur Rəcəbov və Rauf Məmmədov isə ikinci və dördüncü masalarda Viktor Lazniçka və İrji Stoçeklə heç-heçəyə razılaşmışlar.
Hesabat turunadək yüzfaizli nəticə göstərən digər iki komanda – Polşa və Ukrayna yığmalarının matçında polyakların xeyrinə 2,5:1,5 hesabı qeydə alınmışdır.
Qadın komandalarının turnirində isə həmvətənlərimiz Latviya üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanmışlar. Matçın taleyini dördüncü taxtada Ülviyyə Fətəliyevanın Elizabet Limanovska üzərində qələbəsi həll etmişdir. Digər üç taxtada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə oynamışlar.
Millimiz Olimpiadada beşinci qələbədən sonra xal ehtiyatını 10-a çatdırmış və lider ABŞ komandasından cəmi bir xal geri qalır.
Dünən keçirilən 7-ci turda Azərbaycanın kişilərdən ibarət komandası Polşa yığması ilə görüşmüş, qadın şahmatçılarımız isə italiyalı rəqiblərinə qarşı oynamışlar. Hər iki matç heç-heçə başa çatmışdır – 2:2.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

1 Oktyabr 2018 23:41 - İDMAN
İDMAN
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu
25 Fevral 2020 | 20:19
Ersun Yanal istefa verib
25 Fevral 2020 | 14:06
Mbappe 85-ci qola imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə