Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 156 Bakı şəhəri, 30 aprel 2020-ci il

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanunu­nun tətbiqi haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Pedaqoji fəaliyyətlə məşğul olma Qay­dası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Res­publikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüqu­qi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 30 aprel

tarixli 156 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Pedaqoji fəaliyyətlə məşğul olma

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

  1.  Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.
  2.  Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

 

 

  1.   Pedaqoji fəaliyyətlə məşğul olmaq

hüququ olan şəxslər

 

  1.  Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
  2.  Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
  3.  Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
    1.  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;
    2.  ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
    3.  fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
    4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
  4.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

 

  1.  Pedaqoji fəaliyyətlə məşğul olmaq
    üçün ixtisas tələbləri

 

  1.  Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.
  2.  Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
  3.  Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

 

  1.  Yekun müddəalar

 

  1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.
  2.  Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

 

 

 

_________________

Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na

 

əlavə

 

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının)
ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu

 

Sıra

№-si

Təsnifat üzrə ixtisasların (proqramların) şifri və adı

İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni

1

2

3

Humanitar və sosial ixtisaslar qrupu

1.

050201

Filologiya (dil və ədəbiyyat göstərilməklə)

dil və ədəbiyyat

2.

050206

Tarix

tarix

Mədəniyyət və incəsənət ixtisaslar qrupu

3.

050303

İnstrumental ifaçılıq

musiqi

4.

050304

Solo oxuma

musiqi

5.

050305

Dirijorluq

musiqi

6.

050306

Bəstəkarlıq

musiqi

7.

050307

Musiqişünaslıq

musiqi

8.

050309

Estrada sənəti

musiqi

9.

050310

Xalq çalğı alətləri ifaçılığı

musiqi

10.

050312

Dekorativ sənət

təsviri incəsənət

11.

050318

Rəngkarlıq

təsviri incəsənət

12.

050319

Qrafika

təsviri incəsənət

13.

050321

Dizayn

təsviri incəsənət

Təbiət ixtisasları qrupu

14.

050501

Riyaziyyat

riyaziyyat

15.

050502

Mexanika

fizika, riyaziyyat

16.

050503

Fizika

fizika

17.

050504

Kimya

kimya

18.

050505

Biologiya

biologiya

19.

050506

Coğrafiya

coğrafiya

20.

050509

Kompüter elmləri

informatika

Texniki və texnoloji ixtisaslar qrupu

21.

050627

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

informatika

22.

050631

Kompüter mühəndisliyi

informatika

23.

050633

Memarlıq

təsviri incəsənət

24.

050641

Kimya mühəndisliyi

kimya

25.

050655

İnformasiya texnologiyaları

informatika

26.

050656

Sistem mühəndisliyi

informatika

Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

27.

050809

Bədən tərbiyəsi və idman

fiziki tərbiyə

28.

050814

Məşqçi (idman növü üzrə)

fiziki tərbiyə

29.

050815

Bədən tərbiyəsi və idmanda reabilitasiya

fiziki tərbiyə

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə