Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mundialda ilk qələbəmiz

Mundialda ilk qələbəmiz

Yaponiyada keçirilən qadın komandaları arasında voleybol üzrə dünya çempionatının ilkin mərhələsində Azərbaycan millisi ilk qələbəsini qazanmışdır. Faiq Qarayevin yetirmələri Kobe şəhərində Koreya Respublikasının komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmışlar. Həmin gün “C” qrupunun digər iki oyununda ABŞ voleybolçuları Trinidad və Tobaqo yığmasına qalib gəlmişlər – 3:0, Rusiya millisi isə Tailand kollektivi üzərində çətin qələbə qazanmışdır – 3:2.
İki turdan sonra qrupun lideri ABŞ komandası 6 xal toplamışdır. Rusiyanın 5, Azərbaycanla Tailandın 3, koreyalıların 1 xalı var, Trinidad və Tobaqo isə hələ xal qazanmayıb.
Üçüncü turun görüşləri bu gün keçiriləcəkdir. Azərbaycan voleybolçuları Rusiya komandasına qarşı oynayacaqlar.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

1 Oktyabr 2018 23:40 - İDMAN
İDMAN
25 Fevral 2020 | 20:19
Ersun Yanal istefa verib
25 Fevral 2020 | 14:06
Mbappe 85-ci qola imza atıb
24 Fevral 2020 | 11:37
Ronaldo 1000-ci oyununa çıxdı

Köhnə versiyamızdan xəbərləri izlə