Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Suriyaya yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Suriyaya yeni sanksiyalar tətbiq edə bilər

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Suriya hökumətinin yeni konstitusiya layihəsi üzərində işləməyəcəyi təqdirdə, Birləşmiş Ştatların öz müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edəcəyini bildirib. Bu barədə TASS məlumat yayıb.
Ceyms Ceffri sanksiyaların daha da sərt ola biləcəyini qeyd edib: "Əgər Suriya prezidenti Bəşər Əsədin rejimi bunu etsə, o zaman biz hesab edirik ki, 2015-ci ilə qədər İrana qarşı etdiklərimizi, yəni həqiqətən sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik", - deyə C.Ceffri bildirib.
Diplomat qeyd edib ki, ABŞ Suriyaya qarşı təcrid strategiyasını seçə bilər: "Hətta BMT Təhlükəsizlik Şurası sanksiyaları dəstəkləməsə belə, biz Avropa İttifaqı, Asiyadakı müttəfiqlərimiz vasitəsilə onları tətbiq edəcəyik".

Rövşən ATAKİŞİYEV,
 “Xalq qəzeti”

1 Oktyabr 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə