Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya KXDR-lə quru sərhədlərini minalardan təmizləməyə başlayıb

Cənubi Koreya istehkamçıları Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) quru sərhədinin bir hissəsində minaları təmizləməyə başlayıb. Bu barədə “İnterfax” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, rəsmi Seul Pxenyanın da analoji addım atmasını gözləyir. Cənubi Koreya tərəfi hesab edir ki, minaların təmizlənməsi yarımadada hərbi gərginliyin azaldılması üzrə saziş çərçivəsində həyata keçirilən ən vacib amillərdəndir.
Qeyd edək ki, Cənubi Koreya və KXDR arasında quru sərhədlərinin uzunluğu 248 kilometrdir. Bu sərhədin cənub tərəfində azı 2 milyon mina basdırılıb. Minaların çıxarılması prosesi hələlik kiçik bir hissədə aparılsa da, bu, hər iki ölkənin gərginliyin azaldılması istiqamətində 10 ildən bəri ilk müştərək fəaliyyətidir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

1 Oktyabr 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə