Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mayın ilk günündən neft hasilatını azaldır

Azərbaycan bu gündən “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. Bu barədə Energetika Nazirliyinin KİV-də yaydığı  məlumatda bildirilib ki, may – iyun aylarında “OPEC+” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla azaldılmasını nəzərdə tutur.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul – dekabr aylarında bu göstəricidən 18 faiz olmaqla, 131 min barel; 2021-ci il və 2022-ci ilin aprelinə qədər isə 14 min olmaqla, 98 min barel müəyyənləşib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb.

Bildirilib ki, öhdəliklərə uyğun olaraq, Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.   

R.TAHİR,
“Xalq qəzeti”

1 2020 12:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə