Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ İraqdakı konsulluğu bağlayır

ABŞ İraqdakı konsulluğu bağlayır

ABŞ hökuməti İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamaq qərarına gəlib.
RİA “Novosti”nin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. H.Noyert Vaşinqtonun niyə belə qərar qəbul etdiyini açıqlamayıb:
“Dövlət katibi Mayk Pompeo konsulluq əməkdaşlarının Bəsrəni tərk etməsi haqqında qərar qəbul edib. Bundan sonra ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə əhalisi üçün konsulluq fəaliyyəti göstərəcək”, - deyə Hizer Noyert bildirib.
Qeyd edək ki, sentyabrın 8-də Bəsrədəki ABŞ Konsulluğu hücuma məruz qalıb. Konsulluq ərazisinə minaatanlardan atəş açılıb.

Rövşən ATAKİŞİYEV,  “Xalq qəzeti”

1 Oktyabr 2018 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə