Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreyada yanğın zamanı 40-a qədər insan ölüb

Сənubi Koreyanın paytaxtı Seul yaxınlığındakı anbarın inşaat meydançasında baş vermiş güclü yanğın nəticəsində azı 38 işçi həlak olub, daha 10 nəfər xəsarət alıb. Bu barədə Cənubi Koreyanın yanğınsöndürmə orqanı bildirib.

Məlumata görə, yanğın İçxon şəhərində dördmərtəbəli binada olub. Yanğınsöndürənlər alovu ancaq dünən axşam söndürə biliblər. Hadisə zamanı xəsarət almış səkkiz nəfər ağır vəziyyətdədir. Güman edilir ki, yanğın tikinti işləri zamanı baş vermiş partlayış zamanı yaranıb.
Hadisənin şahidləri qeyd ediblər ki, çoxsaylı partlayış səsləri eşidiblər. “Atəş görünür, olduqca tez yayılıb və insanları  təxliyyə edə bilməyiblər”, – yanğınsöndürənlər bildirib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

30 2020 16:53 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə