Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Evdə dəstək” aksiyası davam edir

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 5 saylı şəhər klinik xəstəxananın aprel ayının 22-dən “Evdə dəstək” devizi ilə birgə başladığı aksiya davam etdirilir. Qeyd edək ki, institutun həkimləri yaşlı, tənha insanları evlərində müayinə edir, ehtiyaclarını aradan qaldırırlar. Ötən həftə “Evdə qal. Biz sizə gələrik” devizi ilə bir sıra xəstə tənha və ahıl insanlara evdə tibb xidməti göstərilmişdi. Növbəti ziyarət Mərdəkanda yerləşən "Qocalar evi"nə olub.

Kardiologiya institutunun direktoru Gülnaz Dadaşova, baş həkimi Rza Səmədov  5 saylı xəstəxananın baş həkimi Fazil Alməmmədov başda olmaqla, kardioloq, nevropatoloq, endokrinoloq, qastroenteroloqdan ibarət böyük həkim heyyəti “Qocalar evi”nin sakinlərinə baş çəkərək, onları müayinə etmiş, nəticələrə uyğun lazımi dərman preparatları ilə təchiz etmişlər.

İnstitutdan bildiriblər ki, həkim heyyəti bu aksiyada dərman preparatları ilə dəstək olan dərman şirkətləri -- World Medicine, Novator pharma, Egis, Berlin Chemie, Servier, Gen İlaç, Nobel ilaç, Novartis, Krka, Azəri med-Asperaya təşəkkür ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:40 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə