Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsəb və stressdən mədə problemləri yaranır

Xəstəliklərin çoxu əsəb və stresdəndir.  Hətta mədədə qastrit, xora, mədə-bağırsaq pozulmaları da sinir mənşəli ola bilər. Bir çox mədə xorası xəstələri olub ki, məsələn, yaxınının itkisindən sonra belə problemlə rastlaşıblar.

Medicina.az xəbər verir ki, dünya qastroenteroloqlar birliyi özünütəcrid, karantin dövrünün stresi, həyəcanının mədəyə təsirsiz ötüşməyəcəyini bildirib.

Depressiya, təşviş, virusa görə qorunmaq tədbirləri, özünü gözləmə, orqanizmin daim hücum rejimində olması həzm sistemində dispepsiya, köp, müxtəlif nahiyələrdə sancı, ağrı, iştahın azalması ilə müşahidə olunur. Gərgin psixi durum sinirlərin tonusunu artırır, nəticədə mədə şirəsinin sekresiyası normadna artıq ifraz olur, hansı ki, bu şirə turşu və pepsin tərkiblidir və zülalların parçalanması üçün lazımdır. Lazım olduğundan artıq şirə mədə selikli qişasının hüceyrələri üçün çox aqressivdir, ona görə mədədə stress xorası əmələ gəlir.

Evdə məcburi qapanma və dərdini, hiss etdiklərini heç kimə deyə bilməmək, doğmalarını da narahat etməmək problemləri içəridə basdırır və bu emosiyalar məzarlığı çox zaman qida borusu,mədə nahiyəsində olur. Evdə stresin təsirindən çox və zərərli yemək, iştaha kontrolun itməsi, fiziki aktivliyin olmaması mədəaltı vəz və qaraciyəri də yükləyir.

Mədəaltı vəzidə iltihab, pankreatit və ya insulin dirənci, qaraciyərdə isə hepatoz yaranır. Bu xəstəliklər çox gizli gedir, heç bir əlamət vermir, zamanla ağırlaşır.

Çoxları virusa görə zəncəfil və sarımsağa sarılıb. Amma bunlar da mədə xorası, qastritini artırır, mədə şirəsini çoxaldır, yaraları dərinləşdirir.

Z,BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:20 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə