Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlam adamlar 2-3 ildən bir bu müayinələrdən keçməlidir

Tibdə müayinə paketi olan skrininq və ya dispanserizasiya – sağlam adamların 1-2-3 ildən bir keçərək, müxtəlif onkoloji risk və digər xəstəlikləri vaxtında aşkarlamaq üçün nəzərdə tutulub.

Dispanserizasiya sovet dövründən bu vaxta kimi ildə 1 dəfə dövlət poliklinika və xəstəxanalarında elan olunur və10 gün müddətində hər kəs yaşadığı yer üzrə tibb mərkəzində bu paketə daxil olan müayinələrdən, həkimlərdən keçə bilər. Azərbaycanda bu, hər il böyüklər və uşaqlar üçün elan olunur, lakin təəssüf ki, çoxumuz bundan xəbərsiz oluruq və ya bilsək də getmirik və yaxud da poliklinikalarda müayinələrin effektinə güvənmirik.

Özəldə və xarici dövlətlərdə isə skirininq proqramları aparılır. 40 yaşa kimi hər kəs bu skrininqlərdən 3 ildən bir, 40 yaşdan sonra isə 2 ildən bir, 50 yaşdan sonra ildə bir dəfə keçməlidir. Söhbət konkret xəstələrdən getmir, burda söhbət özünü sağlam hiss edən, hesab edən və hələ ciddi xəstəliyi aşkarlanmayan şəxslərdən gedir. Yoxlanış və skrininqlərdən qorxmaq lazım deyil, onlar vaxtında şişi, kistiləri, daşı və ürək problemlərini aşkarlaya bilər.

Məsələn, hər 10 sağlam insanın birində öd daşı var;

Hər 20 sağlam qadından birində böyrək daşı çıxır;

Hər 3 sağlam insandan birində ostexondroz və onurğa yırtığı aşkarlana bilər;

Süd vəzi, qaraciyər, böyrək kistləri, adenomalar, xoşxasəlli şişlər- bunlar sizi qorxutmamalıdır. Müalicəsi var və aşkar olunsa yaxşıdır.

Xüsusən qalxanvari vəzimiz təhlükədədir, onda olan düyünlər, kistlər vaxtında tapılmalıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:10 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə