Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan dövlətinin sadiq tərəfdaşı olaraq uğurla fəaliyyətini davam etdirir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası  Azərbaycan dövlətinin sadiq tərəfdaşı olaraq uğurla fəaliyyətini davam etdirir

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 127 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.Ölkənin ən böyük gənclər platforması olaraq Ümummilli liderimiz Heydər Əliyevin gənc nəslə göstərdiyi yüksək diqqət və qayğı, böyük etimadı sayəsində təsis olunub. ARGTMŞ-nın sədri Məryəm Məcidova qurumun  fəaliyyəti və qarşısında duran  vəzifələrlə bağlı əməkdaşımızla müsahibəsində demişdir:

- ARGTMŞ 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumu (AGF) və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür.

2000-ci ildə AGF-nin tam hüquqlu üzvünə çevrilən ARGTMŞ 2004-cü ilədək Məşvərət Şurasında təmsil olunub, uzun müddətdən sonra - 2014-cü ildən yenidən Şuraya üzv seçilib.

2002-ci ildə ARGTMŞ Avrasiya Beynəlxaq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edib. İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 2004-cü ilin may ayında keçirilən 31-ci görüşündə isə təşəbbüsün dəstəklənməsi qərara alınıb.

2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət “Dünya Azərbaycanlı Gənclər Birliyini”, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrinin iştirakı ilə isə “Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi”ni təsis edib.

2014-cü ilin dekabrın 9-da ARGTMŞ Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunaraq dekabrın 10-da idarə heyətinə seçilib.

ARGTMŞ, həmçinin, 2014-2014-ci illərdə Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasının və Proqram Komitəsinin üzvü, 2017-ci ildən Avropa Gənclər Forumunun Dayanıqlı İnkişaf Şəbəkəsinin üzvü, 2017-2018-ci illərdə Üzvlərin Qəbulu Komissiyasının üzvüdür.

ARGTMŞ  sədri  qurumun missiyası, məqsəd və vəzifələrindən söz açaraq  daha sonra demişdir ki,Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması əsas missiyamızdır.

Məqsədimiz ARGTMŞ  tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.

Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

Milli Şura qarşısında qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün aşağıdakı fəaliyyət formalarından istifadə edir:

* Gənclərin problemlərinin həlli ilə bağlı müxtəlif proqramlar, layihələr hazırlamaq və müvafiq dövlət orqanlarına, beynəlxalq təşkilatlara və fondlara təqdim etmək;

* Gəncləri maraqlandıran məsələlər üzrə müxtəlif forma və mövzularda tədbirlər keçirmək;

* Gənclərə, onların təşkilatlarına maddi və mənəvi yardım etməyə çalışmaq;

* Müştərək və ya kiçik müəssisələr, asudə vaxt və sosial xidmət mərkəzləri, müxtəlif xeyriyyə tədbirləri, marafonlar, uduş və xeyriyyə-idman lotereyaları təşkil etmək;

* Kütləvi informasiya vasitələri təsis etmək;

* Respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə üzvlərin iştirakına kömək etmək;

* Gənc liderlər üçün müxtəlif təcrübə kursları təşkil etmək;

* Xarici ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları, beynəlxalq gənclər qurumları ilə əlaqələr yaratmaq, onlarla nümayəndələr mübadiləsini həyata keçirmək və s.;

* Qanunla qadağan olunmayan digər fəaliyyət formalarından istifadə edir.

ARGTMŞ  sədri   müsahibənin sonunda qeyd etmişdir ki,Ötən dövr ərzində gənc və peşəkar komandamız qarşıya qoyulmuş bütün məqsədlərə  nail olmaq üçün var qüvvəsini və gücünü sərf edir. 2016-2018- ci illər ərzində Milli Şura tərəfindən 356 tədbir təşkil olunub, gənclər təşkilatlarımızın nümayındələri 91 beynəlxalq layihə və səfərdə iştirak edib.Milli Şuranın dəstəyi ilə üzv təşkilatlar 50-yə yaxın tədbir təşkil edib. Sosial şəbəkələr vasitəsi ilə təşkilatın fəaliyyətni 500 mindən artıq gənc izləyib.Ümumiyyətlə, təşkil olunan fəaliyyətlərdə 17175 nəfər gənc və 150-dən artıq gənclər təşkilatı birbaşa olaraq iştirak edib.

Milli Şuranın əldə etdiyi nəticələr- Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin bəhrələridir. İnamla deyə bilərəm ki, qarşıdakı illərdə də Milli Şura dövlətimizin sadiq tərəfdaşı olaraq uğurla fəaliyyətini davam etdirəcəkdir.

                                                                             Müsahibəni apardı:

 Afət Sadıqoğlu

6 2018 15:34 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin