Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səkkiz ayda 27 milyon turist

Səkkiz ayda 27 milyon turist

Cari ilin ilk səkkiz ayında Türkiyəyə 27 milyon 23 min 134 turist gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,92 faiz çoxdur. Bildirilir ki, avqust ayında ölkəyə 5 milyon 383 min 332 turist gəlib. Avqustda ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutub. Almaniya və İngiltərə vətəndaşları isə müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.
Qeyd edək ki, Türkiyə ilin sonuna qədər 40 milyon turistə ev sahibliyi etmək niyyətindədir.
Məlumatı “Anadolu” agentliyi yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 

1 Oktyabr 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə