Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 30-da gözlənilən hava

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 10-13° isti, gündüz  16-19° isti olacaq.

Bakıda  gecə 10-12° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

 

Tibbi-meteoroloji proqnoz

Aprelin 30-u, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. 

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti,

dağlarda gecə 3-7° isti, gündüz 10-15°  isti olacaq.

29 2020 15:55 - EKOLOGİYA
EKOLOGİYA
30 İyul 2020 | 17:13
Rusiyada güclü yağışlar

Köhnə versiyamızdan xəbərləri izlə