Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanaratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev Vira Rojpojçanaratı ölkəmizdə görməkdən məmnunluğunu ifadə etdi. Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu abidələrin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.

İki ölkə arasındakı münasibətlərə toxunan Əbülfəs Qarayev mədəniyyət sahəsində də əlaqələrin perspektlərindən danışdı, Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanarat ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirdi. Səfəri çərçivəsində ölkəmizin mədəni həyatı ilə tanış olmaq imkanı olduğunu deyən qonaq Azərbaycan mədəniyyətinin Tailand vətəndaşları üçün maraqlı ola biləcəyini diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı, maraq doğuran digər məsələlər müzakirə olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 23:53
Hava proqnozu
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə