Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimov anılıb

Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimov anılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib.

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Qeyd olunub ki, 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olan Mübariz İbrahimov orta təhsilini başa vuraraq, hərbi xidmətə gedib və gizir rütbəsinə qədər yüksəlib. Mübariz İbrahimov 22 yaşında 2010-cu ilin iyunun 19-da qəhrəmancasına həlak olub. 

Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.

“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli Qəhrəmanlarımızın daha yaxından tanıdılması və eyni zamanda, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov haqqında çəkilmiş film və tamaşa nümayiş etdirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə