Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Mübarizlər” yarışında iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları “Events Management” MMC-nin və “Gilan Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən “Mübarizlər” adlı ekstremal idman-marafon yarışında iştirak edib. Yarış Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib.

Yarışın açılış mərasimində müxtəlif dövət qurumlarının rəsmiləri, müxtəlif idman təşkilatlarının nümayəndələri iştirak edib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, idman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatıdır. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarış məsafəsinin uzunluğu 7 km və 42 maneədən ibarətdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə