Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi –Tibbi Şuranın iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının növbəti iclası keçirilib. Tədbirdə İcbari tibbi sığortanın tətbiqi barədə məsələlər müzakirə olunub.

İclasda, həmçinin 2016--2020-ci illər üçün qan və onun komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər proqramının həyata keçirilməsi barədə, eyni zamanda, hemofiliya xəstəliyi üzrə tədbirlər proqramının həyata keçirilməsi ilə bağlı hesabatlar da təqdim olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Elmi tibbi Şurada, eyni zamanda, akkreditasiya ilə bağlı müraciətlərin müzakirə və təsdiqi məsələlərinə toxunulub. Akkreditasiya ilə bağlı təşkilatların müraciətləri və qeydiyyatı barədə iştirakşılara və şuranın sədrinə məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə