Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə ziyalılarının dövlət başçısına məktubu

Gəncə şəhərinin tanınmış ziyalıları Azərbaycan Prezident  İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar.

Məktubda deyilir ki, cənab Prezident, Sizin təsdiqlədiyiniz regionların sosial-iqtisadi inkişafı dövlət proqramları əsasında respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də elm, təhsil, mədəniyyət və səhiyyə sahələri gündən-günə inkişaf edir. Bu gün şəhər sakinlərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə böyük infrastruktur layihələrinin həyata keçirilməsi və bu məqsədlə vəsaitin ayrılması, şəhərimizdə qaz, işıq, içməli su və kanalizasiya sistemləri şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması ölkəmizin sürətli və hərtərəfli inkişafından xəbər verir. Sizin Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 26 sentyabr 2018-ci il tarixli sərəncamınızla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 (on) milyon manat ayrılıb.

Şəhərimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğı və diqqətə görə bütün şəhər ictimaiyyəti və ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Respublikamızın inkişafı üçün həyata keçirdiyiniz məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar diləyir, uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayırıq.

Qeyd edək ki, minnətdarlıq məktubunu şəhərin bir qrup ziyalısı adından 15 nəfər imzalayıb. Onların arasında AMEA-nın həqiqi üzvü, akademik, Gəncə Ziyalılar Cəmiyyətinin sədri Fuad Əliyev,  AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov,  Gəncə Ağsaqqallar Şurasının sədri, professor Xalid Qurbanov,  Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov, Gəncə Regional Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və başqaları var.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 Oktyabr 2018 18:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə