Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səkkiz ayda Azərbaycana gələn əcnəbilər bank kartları vasitəsilə 888 milyon manatlıq əməliyyat aparıblar

Yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Departament rəhbəri bildirib ki, səkkiz ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 184 milyon manat və ya 26 faiz artıb. Avqustda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 141 milyon manat olub və ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə