Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-avqust aylarında “Azərkosmos” ASC 22 ölkəyə xidmət ixrac edib

Yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. “Səkkiz ayda ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon dollar məbləğində gəlir əldə edib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

Avqustda “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon dollar olub. ASC-nin səkkiz ayda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digər ölkələr olub”, - deyə departament rəhbəri qeyd edib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə