Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tam bərpaya 15 il vaxt lazımdır

Koronavirusu ağır keçirən, xüsusən süni tənəffis aparatına qoşulan xəstələrin ağciyərləri virusdan sağalandan sonra tam bərpa olması üçün 15 il lazımdır.

Medicina.az xəbər verir ki, bunu Britaniyanın İntensiv Terapiya fakultəsinin tədqiqatları sübut edib. Elm adamları müşahidə edib ki, intensiv terapiya şöbəsinə daxil olan koronaviruslu xəstələrdə kəskin distress sindrom – ağciyərlərin kəskin iltihabı baş verir.

Uhanda 17 faiz xəstələrdə bu sindrom yaranmışdı. The Lancet elmi dərgisində digər statistikada da göstərilir ki, fevraldan sonra xəstələlənənlərin 29%-də bu sindrom meydana çıxıb.

Virus infeksiyası ağciyərlərin selikli qişasını o dərəcədə iltihablandırıb ki, yaxınlıqdan keçən qan damarlarını zədələyir və orda olan maye ağciyərlərin hava kisəciklərinə dolub, tənəffüsü mümkünsüz edir.

Hansı xəstələrdə ki, bu proses baş verib, sonradan ağciyərlərin selikli qişasının və hava alveollarının bərpası üçün 15 il müddət lazım gələcək.

Bu sindromda ölüm riski 30-40 faizdir və sindromun müalicəsi yoxdur. Şansından sağ qalanların fiziki aktivliyi pozulur, əzələləri tükənmiş olur və onlar uzun illər tənəffüs problemi keçirə bilərlər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 2020 11:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə