Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxsa da, heç bir əlamət bilmədən sağalan xəstələr var

Medicina.az xəbər verir ki, rusiyalı immunoloq Vladimir Bolibok koronavirusun yüngül formasının əlamətlərini açıqlayıb:

“Faktiki olaraq, koronavirusun simptomsuz növünü təyin etmək mümkün deyil. İnsan heç vaxt virusa yoluxub-yoluxmadığını dəqiq bilə bilməz. Elə insan var ki, xəstələnir, orqanizmində infeksion proses gedir. Ancaq immun sistemi tez işə düşür deyə, heç bir narahatçılıq hiss etmir. Sadəcə burnu axır və ya boğazı qıcıqlanır, bununla da sağalır. Həmin şəxslərin güclü immun sistemi iltihabın ağciyərlərə yayılmasına imkan vermir”.

İmmunoloqun sözlərinə görə, indi epidemiyanın elə mərhələsidir ki, səhhətində ən yüngül dəyişiklik hiss edən şəxs də müayinə olunmalıdır: “Kimdəsə infeksion xəstəliyin zəif gedişatı müşahidə olunarsa belə, koronavirusdan şübhələnmək olar. Çünki həmin şəxs özü xəstəliyi yüngül keçirsə də, ətrafından kimisə ölümcül edə bilər. İndi adi burun axmasından da şübhələnmək lazımdır”.

“Bir çox insanlarda koronavirus ailəsinə məxsus viruslara qarşı anadangəlmə immunitet də ola bilər. Ona görə də məsləhətir ki, bu ərəfələrdə səhhətində yüngül dəyişiklik hiss edən şəxslər analiz verməsələr belə, özlərini 14 gün hər kəsdən təcrid etsinlər. Başqalarını virusa yoluxdurmaqdan çəkinsinlər", - deyə həkim qeyd edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 2020 10:50 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə