Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aztəminatlı şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir

Birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir və o, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda  “Azərpoçt” MMC qeyd edilirsə, istənilən poçt şöbəsinə, bank göstərilirsə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni əldə edir.

Bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 2020 10:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə