Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Toxumçuluq təsərrüfatlarında toxumların sertifikatlaşdırılmasna növbəti baxış kecirilir

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumculluq təsərrüfatlarına növbəti baxış kecirilir.       

2018-ci ildə toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış, dənli-taxıl (bugda, arpa) bitkilərinin  toxumların dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.

Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq  təsərrüfatlarında  monitorinq həyata keçirib və hazırda bu proses başa çatmaq üzrədir.

Dövlət xidmətinin mütəxəssislər Şəki (Şəki, Qəbələ,  Oguz, Qax, Zaqatala) və Salyan (Biləsuvar, Cəlilabad, Neftcala, Masallı, Salyan) Reğional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumcu fermerlərin iştirakı ilə  toxumculuq təsərrüfatlarına, toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış keciriblər. Kondisiyalı toxumlara baxış zamanı  Şəki RTSM üzrə 9209 ton (35 təsərrüfatda) Salyan RTSM üzrə 2025 ton (17  təsərrüfatda)  təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından  müvafiq  RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam etdirilir.

Diğər bölğələrdə monitorinqlər davam etdirilir.

  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə