Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 28-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq.

Cənub-qərb küləyi  səhər  arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 12-14° isti, gündüz  15-18° isti olacaq.

Bakıda  gecə 12-14° isti, gündüz  15-17° isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

Azərbaycanın rayonlarında

Gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 7-12° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  7-12°  isti olacaq.

27 2020 16:25 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə