Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fotoqraf: Şəhəri gözəlləşdirən insanlardır

Azərbaycanın  koronavirus pandemiyasına qarşı mübarizədə elan edilmiş karantin rejimində Bakını  fotoqraflar çəkdiyi fotolarda əks etdirməyə davam edir. Gənc fotoqraf Fərqanə Qasımlı pandemiya ilə bağlı fikir bildirərkən qeyd edib ki, "COVİD-19" adını alan ümumbəşəri bəla bütün dünya şəhərlərini bir-birinə oxşatdı: “Qloballaşan dünyada Bakının görüntüləri başqa şəhərlərdən heç də fərqlənmirdi. Boş küçələr, bağlı restoranlar, mağazalar, əyləncə mərkəzləri, parklar və s. İlk çəklişə martın 24-26 aralığında getdim. Ancaq "evdə qalın" çağrışına baxmayaraq parklarda, küçələrdə insanlar heçnə baş verməmiş kimi həyatlarına davam edirdilər. Aprelin 3-ü isə Bakı Milan, Paris, Nyu york, Londondan və xəbərlərdən izlədiyimiz bir çox meqapolislərdən seçilmirdi. Boş küçələrdə qurulan polis kordonları və ətrafda gəzişən tək-tük ağzı maskalı, əli əlcəkli insanları yalnız açıq olan market və apteklərdən alış-veriş edərkən görmək mümkün idi. Turistlərin və yerli sakinlərin yemlədikləri pişiklər və göyərçinlər ac qalmışdılar. Pişiklər harda insan görsə ona doğru qaçıb sanki nə isə demək istəyirdilər. Dənizkənarı milli park isə bəlkə də yarandığı tarixdən bu günə kimi heç belə yalnız tənha qalmamışdı. Mən anladım ki, şəhəri gözəlləşdirən insanlardır”.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

27 2020 11:30 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə