Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Polşa və İtaliyaya qarşı

Gürcüstanın  Batumi şəhərində  keçirilən 43-cü Ümumdünya  Şahmat  Olimpiadasının bu  günə təyin edilmiş 7-ci turunda Azərbaycanın kişilərdən  ibarət komandası Polşa  yığması  ilə  görüşür, qadın şahmatçılarımız  isə Çin təmsilçilərinə  qarşı  oynayırlar.

Altıncı  turda hər  iki  heyətimiz  növbəti qələbəsinə sevinmişdir: kişi qrossmeysterlər çexiyalı rəqiblərinə 3:1, qadınlar Latviya millisinə 2,5:1,5 hesabı ilə qalib gəlmişlər.

  Bugünkü matçlar ərəfəsində kişilərdən ibarət komandaların yarışında hərəyə 12 xal toplamış Azərbaycan və Polşa liderdirlər, qadınların mübarizəsində turnir cədvəlinə 11 xalla ABŞ komandası başçılıq edir, 10 xala malik Azərbaycan liderdən 1 xal geri qalır. 

 

“Xalq qəzeti”

 

 

1 Oktyabr 2018 16:14 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə