Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni layihə - “Biz xalqın içindəyik”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ciddi karantin şəraitində əhalinin asudə vaxtını təşkil etmək, onlara nikbin əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə tədbirlər keçirir, eyni zamanda ölkədə həyata keçirilən bir sıra layihələrə öz töhfəsini verir.

Bu günlərdə Baş İdarə, Mədəniyyət Nazirliyi və  televiziyanın Mədəniyyət kanalının birlikdə gerçəkləşdirdiyi "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində Səbail və Yasamal rayonlarında "Biz xalqın içindəyik" təşəbbüsü ilə konsertlərə start verib.

Azərbaycan mədəniyyətinin mühüm hissəsi olan ədəbi-musiqili məclislər, açıq konsertənənələr, XIX-XX əsrlərdə Bakıda xüsusilə vüsət almış və milli musiqimizin inkişafında, ədəbi mühitin zənginləşməsində mühüm rol oynayıb.

Ənənələri inkişaf etdirərək, onları müasir tamaşaçı zövqünə uyğun təbliğ və təşviq edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə Badamdar qəsəbəsinin Abbasqulu Abbaszadə küçəsində və Rafiq İsgəndərov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən "Abad həyət"lərdə və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçələrdə "Evakuator" üzərində keçirilən "Biz xalqın içindəyik" konsertləri ilə Bakı sakinləri ilə həmrəyliklərini bildirərək, onları yaşadıqları həyətlərdən, məhəllələrdən salamlayıb, izləyicilərə xoş ovqat bəxş ediblər. Bu konsertlər Baş İdarənin "instagram" hesabı üzərindən canlı yayımlanıb.

Konsertlərdə Azərbaycan Respublikasının Əməkdar artistləri Lalə Məmmədova, Ədalət Şükürov, populyar müğənnilər Zamiq Hüseynov, Aysel Əlizadə çıxış ediblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2020 12:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə