Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 23-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Arabir güclənən  şimal-qərb küləyi  əsəcək. Gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz  11-13  dərəcə isti olacaq. Atmosfer təzyiqi   760   mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85   faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında  bəzi yerlərdə  şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə leysan xarakterli  intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir gücləcək. Gecə 5-9, gündüz 12-16  dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında   şimşək çaxacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı  gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə  leysan xarakterli intensiv olacağı  ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-9, gündüz  11-15  dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında  şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə leysan xarakterli intensiv olacağı  ehtimalı var. Gecə və səhər saatlarında  duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-6, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 3-5, gündüz  0-3  dərəcə şaxta  olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-9, gündüz  12-16  dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq  küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Gecə 8-10, gündüz  12-16, dağlarda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

22 2020 17:02 - EKOLOGİYA
EKOLOGİYA
30 İyul 2020 | 17:13
Rusiyada güclü yağışlar

Köhnə versiyamızdan xəbərləri izlə