Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə  553 818 nəfərə, bu gün, aprelin 21-də isə  paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.

Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.

Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2020 10:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə