Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir. 

Reyd zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şabran rayonunun Dənizkənarı meşəbəyliyinin 8 saylı dolayında “Zil-131” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 4,5 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib.

Qəzənfər  QASIMOV, 
“Xalq  qəzeti”

 

27 2018 17:40 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib
11 İyul 2019 | 15:33
Italiyada apelsin boyda dolu
11 İyul 2019 | 11:33
Hava şəraiti necədir

Köhnə versiyamızdan xəbərləri izlə