Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzi “Bizi birləşdirən mədəniyyət” layihəsində yaxından iştirak edir

Ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və  xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

Aprelin 1-dən start verilən layihə üzrə televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, konsert proqramları, incəsənətin ayrı-ayrı sahələri ilə bağlı təqdimatlar həyata keçirilir.  “Bizi birləşdirən mədəniyyət” layihəsi  çərçivəsində reallaşan təqdimatlarda BMM yaxından iştirak edərək dəstək olur. “Əbədiyaşarlarımız” adlı yeni təqdimatın ilk buraxılışı milli bəstəkarlıq məktəbinin və professional musiqimizin banisi Üzeyir Hacıbəyliyə ithaf edilmişdi. 6-12 aprel tarixində “Üzeyir musiqi həftəsi” adlı təqdimatda BMM-nin solistləri də yaxından iştirak edərək həm konsert həm də videoroliklərlə təqdimatda çıxışlar ediblər.

13-19 aprel tarixləri isə görkəmli bəstəkarlar Qara Qarayev və Fikrət Əmirova həsr olunmuşdu. Bu həftə ərzində BMM-nin solistiləri Muğam Televiziya Müsabiqəsinin Qran pri mükafatçısı Almaxanım Əhmədli, Əməkdar artist İlkin Əhmədov , III MUğam televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva və Mirələm Mirələmov  "Bizi birləşdirən mədəniyyət" verilişinin qonağı olaraq görkəmli bəstəkarların yaradıcılığı və muğam xəzinəmizdən bir-birindən maraqlı nömrələr təqdim ediblər.

 Qeyd edək ki, layihələrin çəkilişləri həftənin  üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin Facebook səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən  BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. https://www.facebook.com/watchparty/241081357263046/?entry_source=PAGE_TIMELINE

https://www.facebook.com/watchparty/516303745916793/?entry_source=PAGE_TIMELINE

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2020 17:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə