Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 22-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 8-11° isti, gündüz  14-17° isti olacaq.

Bakıda  gecə 8-10° isti, gündüz  14-16° isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Azərbaycanın rayonlarında

Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz  5-8° isti olacaq.

21 2020 17:00 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə