Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli valyutadakı əmanətlər 23,7 faiz artıb

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 8 milyard 694,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 52,6 faizi xarici, 47,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,7 faiz artıb, xarici valyutada əmanətlər isə 6,4 faiz azalıb.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,88 (1,88) manata, 100 rus rubluna 2,29 (2,56) manata bərabər olub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

21 2020 13:10 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə