Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yardımlaşma kampaniyasına qoşulub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də ölkəmizdə geniş vüsət alan sosial dəstək aksiyasına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan 140 nəfərə Komitə tərəfindən ərzaq yardımı edilib.

Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların evlərinə aparılaraq onlara təqdim edilib.

Bu kimi xeyirxah tədbirlər həssas qrupların, o cümlədən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin rifahına dəstək olmaqla, yaşlı nəsilə diqqət və qayğının əməli ifadəsidir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2020 10:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə