Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 21-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz  15-19° isti olacaq.

Bakıda  gecə 10-12° isti, gündüz  16-18° isti olacaq.

Atmosfer  təzyiqi 756  mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Azərbaycanın rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,

dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 8-13° isti,

gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti  olacaq.

20 2020 16:30 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə