Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Tamaşaçılar Teatrı əməkdaşları onlayn qaydada məşq edirlər

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Bəhram Osmanov İsmayıl İmanın "Balaca yaramaz məxluq" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın onlayn məşqini edib.

Belə ki, tamaşanın quruluşuna karantin günlərindən əvvəl başlanılmışdı. Hal-hazırda isə onlayn
ünsiyyətlə tamaşa üzərində iş davam edir.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzludur. Tamaşada əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, İlham Əsədov, teatrın sevilən aktyorları Elşən Hacıbabayev, Vahid Orucoğlu, Yasəmən Məmmədova, İlahə Əmirxanova, Araz Pirimov canlandıracaqlar.

Teatrın mətbuat xidmətinin məlumatına görə karantin günlərində teatrın əməkdaşları müxtəlif virtual proqramların vasitəsiylə ünsiyyət qurur yaradıcılıq müzakirələri keçirirlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2020 11:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə