Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məzun evi”nin sakinlərinə ərzaq yardımı edilib

Heydər Əliyev Fondunun sosial layihələrindən biri olan, valideyn himayəsindən məhrum gənclərin mənzillərlə təmin olunduğu “Məzun evi”  də sosial dəstək tədbirləri ilə əhatə olunur.

Pandemiya ilə əlaqədar olaraq keçirilən sosial aksiyalara qoşulan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi “Məzun evi”nin sakinlərinə ərzaq yardımı edib.

Təşkilat mənzillə təmin olunmuş 365 gəncə ərzaq payları təqdim edib.

“Məzun evi” müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2020 10:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə