Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

142 - Çağrı Mərkəzinə bu ay 94 minə yaxın zəng daxil olub

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yalnız bu ay, yəni aprelin 1-dən 142 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.

Əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya, habelə hazırda həyata keçirilən sosial dəstək tədbirləri və s. ilə bağlı müraciətlər əməkdaşlar tərəfindən ətraflı cavablandırılır. Sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilir.

Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator  tərəfindən zənglər cavablandırılır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2020 10:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə