Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309 -u Bakı, 8 949 -u Sumqayıt və 6 213 -ü Gəncə  şəhərlərində yaşayanlar, 4 308 -i Abşeron rayonunun, 130 221 -i respublikanın digər bölgələrinin sakinləridir.

Yaş qruplarına gəldikdə isə birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975 -u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i  40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı  olanlardır.

Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2020 10:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə