Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya İraqa hərbi yardım edə bilər

Əgər rəsmi Bağdad bununla bağlı siyasi iradə göstərsə...

İraq hökuməti müraciət edərsə, Rusiya Suriyaya etdiyi kimi, İraqa da kömək edə bilər. Belə bir bəyanatla dünən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov çıxış edib. 
“Rusiya hərbi qüvvələrinin Suriyada olduğu kimi, İraqda da yerləşdirilməsi məsələsində əsas rolu bu ölkə rəhbərlərinin siyasi iradəsi oynayır. Əgər onlar, həqiqətən də, belə bir arzuda olduqlarını ifadə etsələr, Rusiya Suriyaya etdiyi kimi, İraqa da hərbi kömək edə bilər”, – Boqdanov “Mejdunarodnaya jizn” jurnalına müsahibəsində deyib. Bu barədə RF XİN başçısının müavini, jurnalın Rusiya hərbi qüvvələrinin yaxın vaxtlarda Suriyadan əlavə, İraqa da dəvət olunmasının mümkünlüyü haqqında sualına cavabında qeyd edib.
Rusiyanın yüksək vəzifəli diplomatının sözlərinə görə, ölkəsinin Müdafiə Nazirliyinin və “Rosoboroneksport”un nümayəndələri İraq rəhbərliyi ilə çox sıx əlaqə saxlayırlar. 
Boqdanov bildirib ki, aktiv şəkildə hərbi nümayəndə heyəti və informasiya mübadiləsini həyata keçirən xüsusi hökumətlərarası komissiya da fəaliyyət göstərir. “Bütün bunlar hökumətlərarası razılaşmalar çərçivəsində icra edilir. Eyni zamanda, İraqın güc strukturları üçün kadrlar da hazırlanır”. 
Nazir müavini əlavə edib ki, Rusiya Bağdada silah-sursat da satır: “İraq Hindistandan sonra dünyada Rusiya silahlarını alan ikinci böyük ölkədir”. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

29 2018 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə