Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan Berlində alman şirkətlərinin rəhbərləri ilə görüşüb

R.T.Ərdoğan Berlində alman şirkətlərinin rəhbərləri ilə görüşüb

Almaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində alman şirkətləri və banklarının rəhbərlərini qəbul edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Mənbə qeyd edib ki, Türkiyə dövlətinin başçısı almaniyalı sahibkarları ölkəsinə sərmayə yatırmağa çağırıb. O, həmçinin Türkiyə iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyi ilə bağlı alman iş adamlarının suallarına cavab verib.Prezident bildirib ki, Türkiyə iqtisadiyatına yatırılan xarici sərmayələr bir qayda olaraq öz xərcini çıxarır. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə iqtisadiyyatı bundan sonra da əcnəbi investorlar üçün öz cəlbediciliyini qoruyub saxlayacaq. 
Alman şirkətlərinin rəhbərləri Türkiyə iqtisadiyyatına yeni sərmayələrin  yatırılması üzrə özəl planları barədə ali qonağa geniş məlumat veriblər. Onlar, eyni zamanda, dövlət başçısından həmin layihələrin icrası üçün yardım göstərməsini xahiş ediblər. 
Görüşdə Türkiyənin Ticarət Palataları və Əmtəə Birjaları Şurasının sədri Rüfət Hisarcıoğlu, Almaniya Federal Ticarət-Sənaye Palataları Birliyinin rəhbəri Erik Şvayber, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak, Almaniya-Türkiyə Ticarət-Sənaye Palatasının sədri Markus J. Slevot və başqaları iştirak ediblər. 
Türkiyə Prezidentinin Almaniyaya səfəri qlobal medianın diqqət mərkəzindədir. Analitiklər R.T Ərdoğanın Almaniya rəsmiləri ilə keçirdikləri görüşləri, burada səslənən bəyanatları diqqətlə şərh edirlər. Ümumi qənaət belədir ki, iki ölkə arasında bir sıra siyasi problemlərə yanaşmada hələ də ciddi fərqlər olsa da, Ankara və Berlin iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. 
Dünən səhər Türkiyə Prezidenti Almaniya Kansleri ilə bir daha görüşərək Suriya münaqişəsinin həlli ilə bağlı bu ilin oktyabrında Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammiti ilə bağlı fikir mübadiləsi aparıb. Bundan başqa, qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.    

M.HACIXANLI, “Xalq qəzeti”

29 2018 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə