Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində “Vulf” adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində ümumilikdə 1463 manat məbləğində iddia qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

29 2018 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə