Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxananın 95 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransa dəvət olunan qonaqlarla “Ədibin evi”ndə görüş keçirildi

Milli Kitabxananın 95 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransa dəvət olunan qonaqlarla “Ədibin evi”ndə görüş keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sentyabrın 28-də Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq Elmi-Praktik Konfransa dünya milli kitabxanalarından dəvət olunmuş qonaqlarla İçərişəhərdə görkəmli yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin yaşadığı “Ədibin evi”ndə görüş keçirilmişdir.

“Ədibin evi”nin nümayəndəsi Elnur İmanbəyli qonaqları yazıçının bir vaxtlar yaşadığı ev ilə tanış etmiş, yazıçı barədə qonaqlara geniş məlumat vermişdir.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, Milli Kitabxanalardan dəvət olunmuş qonaqlara görkəmli yazıçı Mir Cəlal Paşayevin həyat və yaradıcılığından ətraflı danışmış, çıxışında Mir Cəlal Paşayev haqqında Milli Kitabxana tərəfindən fundamental biblioqrafiyanın nəşr edildiyini bildirmiş, biblioqrafiyada ədibin dünya kitabxanalarında mühafizə olunan bir çox kitablarının da bu göstəricidə yer aldığını qeyd etmişdir.

Görüş zamanı Slovakiya Milli Kitabxanasının nümayəndəsi Janka Dropkova “Bir gəncin manifesti” əsərinin slovak dilində olan original nüsxəsini “Ədibin evi”nə hədiyyə etmişdir.

Daha sonra qonaqlar yeni istifadəyə verilmiş Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində olmuşlar.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

29 2018 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə