Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aztəminatlı ailələrə ərzaq sovqatı paylanır

“Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan aztəminatlı kateqoriyadan olan 100 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır”.-- Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva feysbuk səhifəsində paylaşım edib. Deputat yazır: “Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 -- Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək. Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 -- Çağrı mərkəzinə edə bilərlər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 13:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə