Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fasiləyə zirvədə

Azərbaycanlı qrossmeysterlərin komandası Gürcüstanın Batumi şəhərində  keçirilən 43-cü Ümumdünya Şahmat  Olimpiadasının 5-ci  turunda  Ermənistan yığmasına 2,5:1:5, qadınlardan ibarət  heyətimiz isə Yunanıstan millisinə 3:1  hesabı  ilə  qalib gələrək bu  yarışda nəzərdə  tutulmuş ilk və  yeganə  istirahər  gününü  yaxşı əhval-ruhiyyə  ilə  qarşılamışlar.

Beş  turdan sonra kişilərin  yarışında Azərbaycan komandası 10 xalla turnir  cədvəlinin zirvəsindədir, 8 xala malik qadın şahmatçılarımız  isə səkkizinci  yerdədirlər və ikinci  mövqedə olan Çin komandasından cəmi bir  xal  geri  qalırlar.

Sabah  keçiriləcək 6-cı  turda kişi qrossmeysterlərimiz  Çexiya, qadınlar  isə Latviya şahmatçıları  ilə  görüşəcəklər.

 

“Xalq qəzeti”

29 2018 15:51 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə